- Toplum
- 9 İyun 2022 22:13
- 4 937
Sədr: "Qala divarında törədilən vandalizm aktı ilə bağlı lazımi tədbir görülür" - FOTO
Tezliklə görülən əlavə tədbirlər haqqında ictimaiyyətə geniş məlumat veriləcək
09 iyun 2022-ci il tarixində bir sıra KİV-də və sosial şəbəkələrdə İçərişəhərin Qala divarında törədilən vandalizm aktı barəsində məlumatlar yayılıb. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məsələni nəzarət altına götürüb və hazırda lazımi tədbirlər görülməkdədir.
Aznews.az xəbər verir ki, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Şahin Seyidzadə bildirib.
Onun sözlərinə görə, tezliklə görülən əlavə tədbirlər haqqında ictimaiyyətə geniş məlumat veriləcək.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu kimi məsələni işıqlandıran hər bir kəsə təşəkkürünü bildirir”, - Şahin Seyidzadə qeyd edib.