Türkiyə Mediasiya Şurasının təcrübəsi öyrəniləcək Türkiyə Mediasiya Şurasının təcrübəsi öyrəniləcək
  • Toplum
  • 22 İyun 2022 19:25
  •  5 008

Mediasiya Şurasının rəhbərliyi Türkiyə səfir ilə görüşdü- FOTOLAR

Türkiyə Mediasiya Şurasının təcrübəsi öyrəniləcək

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, İdarə Heyətinin üzvləri Sima Yaqubova, Əli Nəbiyev, Mediasiya Şurasının Məşvərət Komissiyasının üzvü Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təmsilçisi Hüseyin Yapar, Türkiyə Cumhuriyyətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçını ziyarət edib. Görüşdə əsas məqsəd Türkiyə və Azərbaycanda aparılan mediasiya islahatlarında qarşılıqlı əməkdaşlığın müzakirə edilməsi, Azərbaycanda Mediasiya Şurasının fəaliyyəti barədə səfirə məlumat vermək və eyni zamanda Türkiyə və Azərbaycan arasında olan mediasiya yönümlü məsələlərin həllində qarşılıqlı körpünün qurulması olmuşdur.

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov cənab prezident İlham Əliyev tərəfindən aparılan mütərəqqi məhkəmə - hüquq islahatlarının hissəsi olan mediasiya islahatları barədə səfirə məlumat vermişdir. Nadir Adilov qeyd etmişdir ki, mediatorların yetişməsində və formalaşmasında yeganə təlim qurumu olan Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının mühüm rolu var. Ədliyyə Akademiyası baza, əmək və ailə mübahisələri üzrə mediatorların yetişdirilməsində mühüm rol oynayır və bu gün də bu kurslar uğurla davam etməkdədir. Nadir Adilov qeyd edib ki, Mediasiya Şurasının fəaliyyətində sektorlarla təmsilçiliyi gücləndirmək və daha keyfiyyətli kommunikasiya qurmaq məqsədi ilə müxtəlif Assosiasiyalardan və nüfuzlu Qeyri-Hökümət Təşkilatlarının təmsilçilərindən ibarət Məşvərət Şurası da fəaliyyət göstərir. Məşvərət Şurasında sevindirici haldır ki, qardaş ölkəni təmsil edən Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) təmsil edilir və gələcəkdə də bu əməkdaşlıq daha da dərinləşəcək.

Görüşdə səfir Cahit Bağçı hər iki ölkənin dövlət başçıları, cənab prezident Rəcəb Tayyib Ərdoğanın və cənab prezident İlham Əliyevin dostluq nümunəsini və hər iki ölkə arasında olan qardaşlıq və dostluq əlaqələrinin hər iki ölkənin mediatorları üçün nümunəvi bir istinad nöqtəsi olduğunu qeyd edib. Səfir Türkiyə Cumhuriyyətinin mediasiya islahatları barədə geniş məlumat vermiş, Azərbaycan mediasiya Şurasının Türkiyədə aparılan mediasiya islahatları təcrübəsinin öyrənilməsi istəyini yüksək qiymətləndirmişdir.

Səfir qeyd etmişdir ki, mediasiya islahatlarında hər iki ölkənin analoji qurumlarının ortaq əməkdaşlıq etməsi dövlətlərimiz arasında olan münasibətlərdə də mühüm rola malikdir. Səfir Cahit Bağçı yeni formalaşmış Azərbaycan Mediasiya Şurasının fəaliyyətinə uğurlar arzu etmiş və hər zaman istənilən dəstəyin göstərilməsinə hazır olduqlarını bildirmişdir.

Mediasiya Şurası İdarə Heyəti tərəfindən səfirə ABAD tərəfindən hazırlanmış və Qarabağımızın atributlarını özündə tərənnüm edən xatirə plaketi hədiyyə edilmişdir.

AzNews.az

image description