- Toplum
 - 6 Avqust 2022 21:48
 - 5 309
 
"Azərbaycan Dəmir Yolları" QSC-nin yarımstansiyasında yanğın olub
            Yaxınlıqda olan transformatorlar yanğından mühafizə olunub
Hacıqabulda "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus yarımstansiyada yanğın olub.
Bu barədə Aznews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, hadisə nəticəsində QSC-yə məxsus yarımstansiyanın transformatoru yanıb. Yaxınlıqda olan transformatorlar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.