- Toplum
- 22 Oktyabr 2022 17:30
- 4 785
Son gündə koronavirus əleyhinə 725 vaksin vurulub

Nazirlər Kabineti yanında Operativ Qərargah bu günə olan statistikanı açıqlayıb
Azərbaycanda son gündə koronavirus əleyhinə 725 vaksin vurulub.
Bu barədə Aznews.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 258, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 128, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 298, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 41 nəfərdir.
Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 906 553 təşkil edir.