- Toplum
- 27 Mart 10:48
- 3 694
“Nəriman Nərimanov” stansiyasında qatar boşaldıldı - SƏBƏB

Səhər saat 09:00 radələrində Bakı Metropoliteninin "Nəriman Nərimanov" stansiyasında qatar boşaldılıb.
Hadisənin səbəbini öyrənmək üçün "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxladıq.
O bildirdi ki, boşaldılıb depoya göndərilən qatar ehtiyyat qatarıdır. Ehtiyyat qatarı sıxlıq müşahidə edilən saatlarda “Neftçilər-Memar Əcəmi” stansiyaları arasında istifadə edilir. Sıxlıq müşahidə edilmədikdə isə qatar yenidən depoya göndərilir.
Rəşid