• Toplum
  • 1 Sentyabr 2023 18:55
  •  3 361

Baş həkimin cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib

"Sabunçu Tibb Mərkəzi” Publik Hüquqi Şəxsdə şöbə müdiri vəzifəsində işləyən İlqar Qaracayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Aznews.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə cinayət işinin adiyyat məsələsi müzakirəsi aparılıb.

Məhkəmənin qərarı ilə İlqar Qaracayev barəsində olan cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsində baxılması qanunaziddir. Bu səbəbdən cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Qeyd edək ki, İlqar Qaracayevin qeyd olunan vəzifədə işləyərkən hərbi xidmətə yararlı olan ayrı-ayrı çağırışçıların hərbi xidmətə yararsız hesab edilmələri barədə saxta tibbi rəylərin verilməsi müqabilində onlardan 18 min manatdan artıq məbləğdə rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış ilkin sübutlar əsasında İlqar Qaracayevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən istifadə etmə), 311.3.2 (təkrar rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilərək səhhəti və yaşı nəzərə alınmaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.