“Yaşıl Dünya Naminə Həmrəylik ili”nə həsr olunan intellektual yarışma keçirilib

İntellektual yarış Balaxanı Əməliyyat Şirkəti LTD tərəfindən 67 nömrəli tam orta məktəbdə təşkil olundu. Üç əsrin şahidi-67 nömrəli tam orta məktəb birinci iki sinifli Sabunçu–Balaxanı Ramana qarışıq tipli məktəbidir.

İntellektual oyun iştirakçıları əvvəlcə 67 nömrəli tam orta məktəbin həyətinə ağaclar və güllər əkiblər.

İntellektual oyun Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbiri giriş sözü ilə açan 67 nömrəli tam orta məktəbin direktoru İradə xanım bildirib ki, cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi böyük tarixi əhəmiyyətə malikdir. Bununla bağlı məktəbimiz tərəfindən müvafiq tədbirlər planı hazırlanaraq həyata keçirilməkdədir. Tədbirlər planına uyğun olaraq il ərzində məktəbin həyətində abadlıq işləri, dəhlizlərdə COP 29 və ekologiya aid foto sərgilərin təşkili,nəzəri-praktik seminarlar keçirilməkdədir.

Ətraf mühitin qorunması üzrə beynəlxalq ekspert, Balaxanı Əməliyyat Şirkəti LTD layihə meneceri Çingiz Məmmədov tədbirdə məruzə ilə çıxış edib. O, tədbirdə şagirdləri dünyada və ölkəmizdə iqlim dəyişiklikləri ilə bağlı statistik məlumatlarla tanış edib. Oyunun şərtlərini şagirdlərə izah edib.

Balaxanı Əməliyyat Şirkəti LTD Ümumi işlər departamentinin direktoru Kərim Aşurov çıxışında noyabr ayında ölkəmizdə keçiriləcək COP29-a hazırlıq məsələlərinə toxunub. Bildirib ki, Azərbaycanın bu möhtəbər tədbirə ev sahibliyi etməsi beynəlxalq arenada böyük nüfuza malik olmasına əsaslanan amildir.Balaxanı Əməliyyat Şirkəti LTD-nin gördüyü ekoloji işlərin diqqətə layiq olduğunu kollektivin diqqətinə çatdırdı.

Balaxanı Əməliyyat Şirkəti LTD İctimai Əlaqələr şöbəsinin rəisi Aygün Əsədova diqqətə çatdırıb ki, Azərbaycan neft ölkəsi kimi ənənəvi enerji mənbələrinə malik olsa da, respublikamızda qeyri-ənənəvi, müasir və ekoloji cəhətdən təmiz enerji mənbələrinin inkişaf etdirilməsi böyük vüsət almışdır.

Tədbirin xüsusi qonaqlarından , BMT İnkişaf Proqramının İqlim Dəyişikliyinə Adaptasiya Layihəsinin əməkdaşı Hüseyn Daşpoladov məktəb heyətini və şagirdləri salamlayaraq ölkəmizin zəngin biomüxtəlifliyi, xüsusi mühafizə olunan təbiət əraziləri, biomüxtəlifliyin qorunması istiqamətində görülən işlər barədə məlumatlar verib, onları maraqlandıran suallar cavablandırılıb.

Çıxışlardan sonra, 20 dəqiqəlik vaxtın verilməsi ilə intellektual oyun başladı.Vaxt bitdikdən sonra münsiflər tərəfindən yoxlanılan cavablara əsasən qaliblər müəyyənləşdi və təltif mərhələsi baş tutdu. Qaliblər xüsusi hədiyyələr ilə mükafatlandırıldı.

Tədbir öz işini xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşdırıb.