Tanınmış ictimai-siyasi xadim Məleykə Abbaszadəyə od püskürdü: YETƏR!!!

Tanınmış ictimai-siyasi xadim, media cameəsinin zəngin təcrübəsi və intellekti seçilən önəmli siması- "Bakı xəbər" qəzetinin Baş redaktoru Aydın Quliyev Dövlət İmtahan Mərkəzinin məntiqsiz və hüquqa zidd fəaliyyətinə kəskin etiraz bildirib. Aydın Quliyev öz Facebook səhifəsində Məleykə Abbaszadənin özfəaliyyətinə, belə demək olarsa, od püskürüb. Onun açıqlamasını təqdim edirik:

DİM bundan sonra biliyi yox, səriştəni yoxlayacaq- bu nədir, heç düşünürsüz?...

Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbul imtahanlarında " bilik əsaslı qiymətləndirmədən səriştə əsaslı qiymətləndirmə üsuluna " keçəcəyini bildirib.

Bir şey başa düşürsüz?

Mənim başa düşdüyüm budur ki, dövlət qulluğuna qəbul olunmaq istəyənlərin peşə biliyini və savadını yox( ya da bundan daha çox) , onun səriştəsini imtahan edəcəklər.Yəqin ki, səriştə deyəndə qulluğa qəbul olunmaq istəyən gəncin həmin sahə üzrə təcrübəsi, səriştəsi nəzərdə tutulur.

Belə ideyaları ictimaiyyətə təqdim etməzdən qabaq onun dalını - qabağını görəsən müzakirə edirlərmi?

22 yaşında Universiteti və hərbi qulluğunu başa vuraraq dövlət qulluğuna getmək istəyən gəncdən seçdiyi sahə üzrə - gömrük, prokurorluq, vergi , ədliyyə və sair sahələr üzrə " səriştəni" hansı məntiqlə tələb etmək olar? Belə gənclərin olsa -olsa seçdiyi sahə üzrə nəzəri bilikləri və ümumi informativ- məntiqi bilikləri ola bilər.Bu yaşda gənc səriştəni harada qazana bilər?

Bəlkə də 35- 50 yaşlarında dövlət qulluğuna qəbul olunmaq istəyənlərdən səriştə imtahanı götürmək məntiqli ola bilər .Çünki bu yaşa qədər həmin şəxs haradasa işləməli və səriştə qazanmalı idi.Bəs 22 yaşlı gəncdən səriştə tələb etməyin adı , mənası ,izahı varmı?!.

Dövlət qulluğuna qəbulda planlaşdırılan bu yenilik xeyirdən çox ziyan vuracaq.Subyekiv yanaşmadır, qulluğa qəbul olunmaq istəyən gəncləri " sortlaşdırmaq "', " ögeylərə- doğmalara" bölmək üçün fürsət yaratmaq üsuludur .

Məncə ölkənin dərin və daha strateji düşünən rəhbərləri DİM- in bu niyyət- planını vaxtında durdurmalıdırlar.

Bəzilərinin islahatçılıq tövrü ifrata varır və əcaib şəkil alır....Belə olmaz.Etməyin...
Ölkənin ali təhsil , təhsilə və qulluğa qəbul sistemində son 20- 25 ildəki hətta bəzi hallarda bir- birini inkar edən neçə mərhələdə islahatların aparıldığını monitorinq edənlər varmı?

Sahədəki xaotik və sustemsiz islahat yanaşmalarından nə əldə edilib?

Nəsə əldə edilibmi?