- Toplum
- 13 İyul 2024 10:26
- 5 536
Müdafiə nazirinin müavinlərinin sayı azaldıldı

Müdafiə Nazirliyinin struktur bölməsinə dəyişiklik edilib.
Aznews.az xəbər verir ki, rəsmi olaraq müdafiə nazirinin müavinlərinin sayı azaldılıb.
Belə ki, müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordunun Komandanı vəzifəsi siyahıdan çıxarılıb.
Müdafiə naziri, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, müdafiə nazirinin müavini - Baş direktor vəzifələri isə yerində qalıb.
Nazirlikdən faktı Trend-ə təsdiq ediblər.