- Dünyanın halı
- 31 Oktyabr 2018 13:05
- 1 604
Əfqanıstanda helikopter qəzasında ölənlərin sayı 25-ə çatıb - YENİLƏNİB

Qəzanın dəqiq səbəbi hələlik müəyyənləşdirilməyib
Əfqanıstanın qərbindəki Fərah vilayətində helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.
Bu barədə "Pajvak" agentliyi məlumat verir.
Qeyd edilir ki, helikopter dağa çırpılıb. Qəzanın dəqiq səbəbi hələlik müəyyənləşdirilməyib.
Məlumata görə, ölənlər arasında vilayət şurasının rəhbəri Fərid Bəxtəvər, eləcə də şura üzvü Cəmilə Amini və "Zafar" 207-ci hərbi korpusun baş komandanının müavini Nemətulla Xəlil də var.
Radikal "Taliban" hərəkatının yaraqlıları helikopteri onların vurduqlarını bəyan ediblər.
***10:48
Əfqanıstanın qərbindəki Fərah vilayətində ölkənin Silahlı Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.
"TOLO News" xəbər verir ki, hadisə nəticəsində 20 nəfər ölüb.
Əfqanıstan Silahlı Qüvvələrinin nümayəndəsi Nəciballa Nəcibinin sözlərinə görə, helikopterin göyərtəsində olanlardan heç kim sağ qalmayıb.
Məlumata görə, göyərtədə hərbçilər və vilayət şurasının üzvləri olublar.
Hadisənin başvermə səbəbi hələlik məlum deyil. (report)
© AzNews.az