Guya Donald Tramp Petr Poroşenkoya əl uzatmayıb Guya Donald Tramp Petr Poroşenkoya əl uzatmayıb

Rusiya televiziyasının dedikləri hamısı yalandır - Poroşenko jurnalistlərə qəzəbləndi

Guya Donald Tramp Petr Poroşenkoya əl uzatmayıb

Xəbər verildiyi kimi Fransanın paytaxtı Paris şəhərində 1-ci dünya müharibəsinin sona çatmasının 100 illiyi ilə bağlı bir çox ölkələrin liderləri bir araya gəlib. Media açıqlayır ki, guya Zəfər tağında ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Petr Poroşenkoya görüşmək üçün əl uzatmayıb. Bu suala cavab almaq üçün jurnalistlərdən biri Poroşenkoya müraciət edib.

AzNews.az Ruisya mediasına istinadən xəbər verir ki, o, bu suala çox kəskin cavab verib: "Siz nə danışırsınız? Rusiya televiziyasının dedikləri hamısı yalandır".

Mənbə bildirir ki, Tramp həyat yoldaşı Melaniya ilə mərasimə qatılan zaman 1-ci cərgədə yanaşı oturan Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makronla görüşüb.

Poroşenko isə 2-ci cərgədə oturduğundan "əl sıxmaq" xoşbəxtliyi ona nəsib olmayıb.

Babək Göyüş

AzNews.az

image description