- Dünyanın halı
- 16 Noyabr 2018 09:13
- 1 877
Konqoda 7 BMT sülhməramlısı öldürüldü
Onlar Şimali Kivuda sülhməramlı əməliyyatı zamanı öldürülüblər.
Konqo Demokratik Respublikasında BMT sülhməramlıları və Birləşmiş Demokratik Qüvvələr təşkilatının üzvləri arasında silahlı toqquşmalar olub.
Bu barədə BMT-nin baş katibinin rəsmi nümayənsdəsi Stefan Cüjarrik bildirib.
Onun sözlərinə görə, toqquşmalar nəticəsində 7 BMT sülhməramlısı həlak olub, 10-u yaralanıb, 1-i isə itkin düşüb.
Həlak olan sülhməramlılardan 6-sı Malaviyadan, 1-i isə Tanzaniyadan olub.
S.Cüjarrik bildirib ki, onlar Şimali Kivuda sülhməramlı əməliyyatı zamanı öldürülüblər.(trend.az)
© AzNews.az