Hadisə Boxum şəhərinin Haupstrabe küçəsində baş verib. Hadisə Boxum şəhərinin Haupstrabe küçəsində baş verib.

Benzin doldurma stansiyasında çalışan qadın əsir götürüldü

Hadisə Boxum şəhərinin Haupstrabe küçəsində baş verib.

Almaniyada silahlı kişi benzin doldurma stansiyasında çalışan qadını əsir götürüb.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, hadisə Boxum şəhərinin Haupstrabe küçəsində baş verib.

Bu haqda informasiyanı yerli polis idarəsi özünün Twitter səhifəsində yazıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları və xüsusi təyinatlı dəstələr ərazini mühasirəyə alıblar.

Şimali Reyn-Vestfaliya polis idarəsindən vəziyyətin stabil olduğunu deyiblər.

Silahlı şəxsin və əsir götürülən qadının kimliyi açıqlanmır.

Babək Göyüş

AzNews.az