"Əgər ABŞ bizə qarşı hər hansı bir addım atarsa, İran ordusu silahlardan istifadə edəcək" "Əgər ABŞ bizə qarşı hər hansı bir addım atarsa, İran ordusu silahlardan istifadə edəcək"

ABŞ-ın hərbi bazalarını vuracağıq - İranlı general

"Əgər ABŞ bizə qarşı hər hansı bir addım atarsa, İran ordusu silahlardan istifadə edəcək"

ABŞ-ın Əfqanıstanda, BƏƏ-də və Qətərdə yerləşən hərbi bazalarını və Fars körfəzində üzən təyyarə daşıyan gəmilərini vurmaq gücünə malik olan raketlərimiz var.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu fikirləri İslam inqilabı keşikçiləri Korpusunun hava-kosmik qüvvələrinin komandanı, general Əmir Əli Hacızadə səsləndirib.

Generalın sözlərinə görə, rəsmi Tehranla Vaşinqton arasında gərginlik artır: "Əgər ABŞ bizə qarşı hər hansı bir addım atarsa, İran ordusu silahlardan istifadə edəcək. Onların bazaları və gəmiləri görünən ərazidədir, zərbə endirmək elə də çətin olmayacaq".

Xatırladaq ki, bu il may ayının 8-də ABŞ prezidenti Donald Tramp İranla başlanan nüvə anlaşmasından çıxdığını elan edib.

Vaşinqton həmçinin Tehrana qarşı sanksiyaları bərpa edib.

Babək Göyüş

© AzNews.az