Hindistanda qadınlar qeyri-adi aksiya keçiriblər - FOTO

Qadınlar bərabərlik tələb edərək, 620 kilometr "canlı divar" yaradıblar.

Hindistanda qadınlar bərabərlik tələbilə qeyri-adi aksiya keçiriblər.

Bu barədə NDTV bildirib.

Xəbərdə qeyd edilir ki, aksiya Kerala ştatında baş verib. Qadınlar bərabərlik tələb edərək, 620 kilometr "canlı divar" yaradıblar.

Qeyd edilir ki, aksiyada 5 milyona qədər qadın iştirak edib. Nümayişçilər Kasaraqod və Tiruvamantapur şəhərləri arasında şose yol boyu əl-ələ tutaraq, canlı "zəncir" qurublar. Aksiya iştirakçıları arasında ölkənin məşhur siyasi və ictimai fəalları da olub.

Məlumata görə, aksiyaya 10 yaşdan 50 yaşa qədər qadınların Keraladakı Ayyapan məbədinə baş çəkməsinə qoyulan qadağa səbəb olub.

Ölkənin Ali Məhkəməsi uzun müddət mövcud olan bu qadağanı aradan qaldırıb. Ancaq qadınlar hələ də məbədə gedə bilmirlər. (report)

AzNews.az

image description