Çinin Yunnan vilayətində polisin keçirdiyi əməliyyat nəticəsində narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan 2 nəfər həbs edilib. Çinin Yunnan vilayətində polisin keçirdiyi əməliyyat nəticəsində narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan 2 nəfər həbs edilib.

Çində iki narkotacir tutuldu

Çinin Yunnan vilayətində polisin keçirdiyi əməliyyat nəticəsində narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan 2 nəfər həbs edilib.

Onlardan ümumilikdə 350 kiloqram metamfetamin maddəsi müsadirə edilib.

Ötən ilin dekabr ayının əvvəlində polisə həmin şəxslərin Myanmadan Çinə narkotik vasitələr gətirmələri barədə məlumat daxil olub. Polis narkotacirləri Menxay dairəsinin Daluo qəsəbəsində növbəti sövdələşmə zamanı həbs edib.

Qeyd edək ki, Vyetnam, Laos və Myanma ilə sərhəddə yerləşən Yunnan vilayətində narkotik vasitələrin qeyri-qanuni ticarəti hallarına tez-tez rast gəlinir. Narkotacirlər qeyd olunan ölkələrdən narkotik vasitələri Yunnan vilayəti vasitəsilə Çinə gətirməyə cəhd edirlər.(AZƏRTAC)

AzNews.az