Polşada bıçaqlanan mer xəstəxanada öldü

27 yaşlı Qdansk sakini konsert zamanı merə hücum edərək onu ağır yaralamışdı.

Polşanın Qdansk şəhərinin meri Pavel Adamoviç aldığı bıçaq yarasından qaldırıldığı xəstəxanada ölüb.

Məlumatı “RİA Novosti” yayıb.

Qeyd edək ki, yanvarın 13-də əvvəl məhkum olunmuş 27 yaşlı Qdansk sakini konsert zamanı merə hücum edərək onu ağır yaralamışdı.

AzNews.az