Braziliya hökuməti Venesuela rəhbərlərini mütəşəkkil cinayətkar dəstələri yaratmaqda ittiham edib. Braziliya hökuməti Venesuela rəhbərlərini mütəşəkkil cinayətkar dəstələri yaratmaqda ittiham edib.

Maduro rejimi terrorçuluqla məşğuldur - Braziliya XİN

Braziliya hökuməti Venesuela rəhbərlərini mütəşəkkil cinayətkar dəstələri yaratmaqda ittiham edib.

Bu barədə Braziliya XİN-i nazir Ernesto Araujonun Venesuela müxalifəti ilə görüşündən sonra bəyanat yayıb.

“Nikolas Maduronun başçılıq etdiyi rejim mütəşəkkil cinayətkar birlikdən ibarətdir, korrupsiya, narkotiklərin dövriyyəsi, insan alveri, çirkli pulların yuyulması, terrorçuluq kimi fəaliyyətlərlə məşğuldur”, – bəyanatda vurğulanır.

Qeyd edək ki, nazir E.Araujo Braziliyada Venesuela parlamentinin sabiq sədri Xulio Borxes, Karakasın sabiq meri Antonio Ledesma, “didərgin Ali Məhkəmə” sədri Miquel Anxel Martin ilə görüş keçirib. XİN bu görüşdə Venesuelada demokratiyanın bərpası məsələlərinin müzakirə olunduğunu açıqlamışdı.

Bundan əvvəl Venesuela parlamenti Prezident Nikolas Maduronu hakimiyyət qəsbkarı elan etmişdi.(report.az)

© AzNews.az