Qalmaqallı milyarder azadlıqda

Milyarder Səudiyyədə azadlığa buraxılıb.

Dünyada zəngin milyarderlər siyahısında öndə gələn Məhəmməd Alamoudi ilyarım həbsdən sonra azadlığa buraxılıb.

Efiopiya kökənli Səudiyyə Ərəbistanı vətəndaşı olan milyarder Səudiyyədə azadlığa buraxılıb.

Məhəmməd Alamoudi Səudiyyədə korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində həbs edilmişdi. Efiopiya baş nazirinin ofisi milyarderin azadlığa buraxıldığını təsdiq edib.

Baş nazirin ofisindən bildirilib ki, baş nazir Abiy Əhməd ötən ilə ər-Riyada səfəri zamanı milyarderin həbsi məsələsini qaldırıb. Səudiyyə tərəfi Məhəmməd Alamoudinin azadlığa buraxılacağı və vətəninə göndəriləcəyi haqda baş nazirə söz verib.

4 milyardlıq sərvəti olan 71 yaşlı Məhəmməd 2017-ci ildə Səudiyyədə həbs edilib. Onun şirkətlərində 50 mindən çox insanın işlədiyi qeyd edilir.

Bir neçə il əvvəl “Forbest” Məhəmmədi 10 milyard dollarlıq sərvəti ilə Səudiyyə Ərəbistanında ikinci ən zəngin insan olduğunu elan edib.(teleqraf.com)

© AzNews.az