Bu barədə “Channel NewsAsia” telekanalı məlumat yayıb. Bu barədə “Channel NewsAsia” telekanalı məlumat yayıb.

Kim Çen Namın qətli ilə bağlı məhkəmə iclası təxirə salındı

Bu barədə “Channel NewsAsia” telekanalı məlumat yayıb.

Şimali Koreya lideri Kim Çen Inın qardaşı Kim Çen Namın qətlində təqsirli bilinən iki qadının yanvarın 28-nə təyin olunan məhkəmə iclası martadək təxirə salınıb.

Bu barədə “Channel NewsAsia” telekanalı məlumat yayıb.

Bildirilir ki, həmin qadınların vəkillərinin prokurorlara əsas şahidlərin ifadələrini açıqlamaq barədə çağırışı cari həftəyə planlaşdırılan dinləmələrin təxirə salınmasına səbəb olub.

Cinayət işində əsas günahkar hesab edilən Vyetnam vətəndaşı Doan Txi Xuonqun martın 11-də məhkəmə qarşısında cavab verəcəyi gözlənilir.

Xatırladaq ki, Kim Çen Nam 2017-ci il fevralın 13-də Kuala Lumpur aeroportundan xəstəxanaya aparılarkən yolda ölüb. Polisin bildirdiyinə görə, o, naməlum şəxslər tərəfindən üzünə mayenin atılmasından sonra güclü baş gicəllənməsindən şikayət edirmiş. Malayziyanın hakimiyyət orqanları bəyan ediblər ki, Kim Çen Nam qadağan edilmiş VX maddəsinin təsiri nəticəsində ölüb.(AZƏRTAC)

© AzNews.az