- Dünyanın halı
- 28 Mart 2019 22:38
- 2 413
Daha bir hava yolu şirkəti müflis oldu

Biletlərini kredit kartları ilə alan müştərilər geri ödəmə ilə bağlı banklara müraciət edə bilərlər.
Mərkəzi İslandiyada yerləşən “Wow Air” hava yolu şirkəti bütün reyslərini ləğv edib.
Buna səbəb şirkətin müflis olmasıdır.
Şirkətdən bildirilib ki, biletlərini kredit kartları ilə alan müştərilər geri ödəmə ilə bağlı banklara müraciət edə bilərlər.
Qeyd edək ki, “Wow Air” Londonun Qretvik və Stansted hava limanlarından Avropaya reyslər həyata keçirirdi.
Xatırladaq ki, 2017-ci ildə “Monarch” və “Air Berlin”, 2018-ci ildə “Azurair”, “Cobalt Air”, “Primeria Air”, “Small Planet Airlines”, “Skywork”, 2019-cu ildə isə “Germania” və “Flymbi” hava yolu şirkətləri də fəaliyyətlərini dayandırıb. (qafqazinfo)
AzNews.az