Akarla görüşmək xoşuma gəlir - ABŞ-ın müdafiə nazirindən səmimi etiraf

"Türkiyəyə F-35 aparanda onu ziyarət etmək istədiyimi dedim"

ABŞ-ın müdafiə naziri Patrik Şanahan Türkiyə ilə bağlı açıqlama verib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Albaniyanın müdafiə naziri Otla Xhaçka ilə ABŞ-ın Müdafiə Nazirliyində (Pentaqon) görüşən Şanahan jurnalistlərin suallarını cavablandırıb.

Türkiyənin müdafiə naziri Hulusi Akarla baş tutan görüşdə Türkiyə ilə ABŞ arasındakı mövzularda irəliləyiş olub olmadığı ilə bağlı suala Şanahan belə cavab verib:

“İrəliləyiş var. Akar, yəni onlar (türklər) strateji ortaqdır və hər zaman çətinliklər olacaq. Onun görə də oturub danışdıq. Onunla görüşmək xoşuma gəlir. Bu da o görüşlərdən biri idi. Hər hansı qeyd yoxdur. Harda ilişdik, necə çıxarıq kimi bir şey yox idi və mən də bunu dedim: “Biz mövqelərdən daha çox mənfəətlərə fokuslandıq”.

Şanahan “Türkiyəyə F-35 aparanda onu ziyarət etmək istədiyimi dedim” deyə bildirib.

Xatırladaq ki, Hulusi Akar Amerikan-Türk Şurasının 37-ci illik konfransı çərçivəsində Vaşinqtona səfər edib və orada Patrik Şanahan ilə görüşüb.

Pərvanə Ağazadə

AzNews.az