Hər il dünyada təxminən 435 min insan malyariya xəstəliyinə yoluxur Hər il dünyada təxminən 435 min insan malyariya xəstəliyinə yoluxur

Malyariya əleyhinə peyvənd ilk dəfə Afrikada tətbiq olundu

Hər il dünyada təxminən 435 min insan malyariya xəstəliyinə yoluxur

Dünyanın çox ölkəsində hər il yüz minlərlə insanın ölümünə səbəb olan malyariya xəstəliyi üçün hazırlanmış peyvənd ilk dəfə Afrikada – Malavidə tətbiq olunub.

Ümumdünya Səhiyyə Təşkilatı peyvəndin gələcək həftələrdə Qana və Keniyada da sakinlərə tətbiq ediləcəyi ilə bağlı məlumat yayıb:

"RTS,S" adı ilə tanınan və 2 yaşına qədər olan uşaqlara vurulan peyvənd 30 illik araşdırmanın məhsulu kimi təqdim edilib. Klinik laboratoriyalarda təcrübə edilən peyvəndin hər 10 malyariya xəstəsindən orta hesabla 4-nü sağaltdığı deyilir.

Qeyd edək ki, hər il dünyada təxminən 435 min insan malyariya xəstəliyinə yoluxur və bundan ən çox 5 yaşdan kiçik uşaqlar əziyyət çəkirlər. Ən ölümcül xəstəliklərdən biri olan malyariya ötən hər 2 dəqiqədə bir uşağın ölümünə səbəb olur. Bu xəstəlik xüsusilə Afrikada geniş yayılıb. Parazit daşıyan ağcaqanadların sancması ilə bulaşan xəstəliyin simptomları 7 gün müddətində özünü göstərir. Malyariya temperatur yüksəlməsi, titrəmə, tərləmə, baş ağrısı, ürək bulanması, qusma, əzələ ağrısı, halsızlıq kimi qripəbənzər əlamətlərlə müşahidə edilir.(modern.az)

AzNews.az