Şri-Lankada ölənlərin sayını səhv hesabladılar

Hücumlar doqquz nəfər tərəfindən təşkil olunub

Şri-Lankada kilsə və hotellərdə baş verən terror aktları zamanı ölənlərin sayının səhv hesablandığı açıqlanıb.

“Haber7” xəbər verir ki, bununla bağlı ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, partlayışlar zamanı 359 nəfər deyil, 253 nəfər ölüb. Bildirilib ki, hücumlar doqquz nəfər tərəfindən təşkil olunub.

Xatırladaq ki, Şri-Lankada aprelin 22-də Pasxa bayramı qeyd edilərkən ard-arda səkkiz partlayış baş verib.

Növbəti iki gündə isə iki partlayış qeydə alınıb. Hadisələr zamanı yüzlərlə insan xəsarət alıb. Terror aktlarında 30 ölkənin vətəndaşı ölüb.(oxu.az)

AzNews.az