Dövlət başçısı deyil, üz qarasıdır Dövlət başçısı deyil, üz qarasıdır

Bizim ölkəyə cinsi əlaqə üçün gəlməyin, ailələrimiz var - Braziliya prezidenti

Dövlət başçısı deyil, üz qarasıdır

Braziliyanın yeni prezidenti Jair Bolsonaro maraqlı açıqlaması ilə ölkə gündəmini zəbt edib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Jair Bolsonaro jurnalistlərlə görüş zamanı bu sözləri deyib: “Buraya qadın və yaxud kişiylə cinsi əlaqə qurmağa gəlmək istəyənlər, başqa qapıya getsinlər. Bura homoseksualların ölkəsi ola bilməz. Bizim ailələrimiz var.”

Braziliya prezidenti ölkəsinin homoseksual turizminə sığınacaq verməyəcəyini açıqlayıb.

Prezidentin bu çıxışı Rio-de-Janeyro bələdiyyəsi David Mirandanın qəzəbinə səbəb olub.

O, ölkə başçısının ünvanına “Dövlət başçısı deyil, üz qarasıdır” deyib.

Jair Bolsonaro Brazilyanın Donald Trampı kimi tanınır.

Rəqsanə

AzNews.az