Almaniyada 50 avtomobil toqquşdu: azı 25 yaralı var

Onlardan dördünün vəziyyəti daha ağırdır.

Almaniyanın şərqində yerləşən Türingiya vilayətində buz və gözlənilməz dolu səbəbindən 50-dən çox avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə yerli yol polisi məlumat yayıb.

Kütləvi avtoqəza nəticəsində azı 25 nəfər xəsarət alıb, onlardan dördünün vəziyyəti daha ağırdır.

Yaralıların vaxtında xəstəxanaya çatdırılması üçün əraziyə iki helikopter cəlb olunub. (ona.az)

AzNews.az