Zelenski daha üç qubernatoru işdən qovdu

İşdən azad edilənlər Jitomir, Rovenski və Çerkaski vilayətinin qubernatorlarıdır

Ukrayna Prezidenti Vladimir Zelenski bu gün daha 3 vilayətin administrasiya rəhbərinin işdən azad edilməsi barədə sərəncam verib.

İşdən azad edilənlər Jitomir, Rovenski və Çerkaski vilayətinin qubernatorlarıdır.

Qeyd edək ki, daha öncə Ukrayna Prezidenti 15 vilayətin qubernatorunu işdən azad etmişdi.

İyunun 11-də işdən azad edilənlər arasında Çerniqov, Poltava, Odessa, Nikalayev, Lvov, Kirvoqrad, Kiyev, İvanovo-Frankov, Zaporojye, Qakarpatye və daha bir neçə vilayət qubernatorları olub.(trend.az)

AzNews.az