Polis həmin girovlarla bağlı hələlik hər hansı bir məlumat əldə edə bilməyib. Polis həmin girovlarla bağlı hələlik hər hansı bir məlumat əldə edə bilməyib.

Silahlılar 30 dinc sakini girov götürdü

Polis həmin girovlarla bağlı hələlik hər hansı bir məlumat əldə edə bilməyib.

Kamerunun şimal-qərb regionunda azı 30 nəfər separatçı qruplaşma tərəfindən qaçırılıb.

“TASS” agentliyi xəbər verir ki, bu barədə şənbə günü “Sinhua” agentliyi yerli polisin nümayəndəsinə istinadla məlumat yayıb.

Məlumata görə, silahlı şəxslər Fündon və Bamenda şəhərlərini birləşdirən yolda 3 avtobusun qarşısını kəsiblər.

Silahlılar avtobuslardan 30 nəfəri düşürüb, onların pasportlarını əllərindən alıb və naməlum istiqamətdə aparıblar.

Polis həmin girovlarla bağlı hələlik hər hansı bir məlumat əldə edə bilməyib.

Hazırda bir neçə istiqamətdə yollarda nəzarət gücləndirilib, xüsusi axtarış qrupları yaradılıb.(apa.az)

AzNews.az