- Dünyanın halı
- 23 İyul 2019 09:43
- 2 690
Cənubi Koreya Rusiyanı hava məkanını pozmaqda ittiham etdi

Cavab olaraq xəbərdarlıq atəşi açılıb
Rus hərbi təyyarəsi Cənubi Koreyanın Yaponiya dənizi ətrafındakı hava məkanını iki dəfə pozub.
Bu barədə “Renhap" Koreya Silahlı Qüvvələri Baş Qərargah Rəisliyinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, cavab olaraq Cənubi Koreya Hərbi Hava Qüvvələrinin təyyarələri havaya qaldırılıb və xəbərdarlıq atəşi açılıb.
Yanvar ayında İsveç Silahlı Qüvvələri Rusiya təyyarələrinin guya ölkənin cənub sərhədinin hava məkanını pozduğunu bildirmişdi.
Daha sonra Rusiya Müdafiə Nazirliyi İsveçin sərhədlərin "pozulması" barədə açıqlamasını rədd etmişdi.(report.az)
AzNews.az