Əfqanıstanda toyda qumbara partladılıb - Onlarla insan yaralanıb

Yaralıların vəziyyəti barədə məlumat verilmir

Əfqanıstanda partlayış törədilib.

Bu barədə TOLO “News” yerli hakimiyyət orqanlarına istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə Host əyalətdə toy mərasimi zamanı qeydə alınıb. Naməlum şəxsin atdığı qumbaranın partlaması nəticəsində azı 20 nəfər xəsarət alıb.

Yaralıların vəziyyəti barədə məlumat verilmir. (Report)

AzNews.az