Koronavirusa qarşı dərman 7 ölkədə sınaqdan keçirilməyə başlandı

Son sınaqlar təxminən 300 xəstə üzərində keçiriləcək

“Sanofi” və “Regeneron Pharmaceuticals” adlı iki şirkət "Kevzara" kimi tanınan bir dərmanın yeni növ koronavirus (Covid-19) xəstələrində sınaqdan keçirildiyini açıqlayıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şirkətlər immunitet sisteminə təsir edəcəyi deyilən bu dərmanın keçən həftə ABŞ-dakı xəstələr üzərində sınaqdan keçirildiyini bildirib.

Həmin dərmanın İtaliya, İspaniya, Almaniya, Fransa, Kanada və Rusiyadakı xəstələrdə də sınaqdan keçiriləcəyi açıqlanıb.

Son sınaqların təxminən 300 xəstə üzərində keçiriləcəyi və həmin xəstələrin vəziyyəti çox ağır olanlar arasından seçildiyi qeyd edilib.

Pərvanə