Ermənistanda yoluxanların sayı 8 minə çatır

53 678 insan isə koronavirus testindən keçib

Ermənistanda koronavirusa yoluxanların sayı sutka ərzində daha 372 nəfər artaraq 7774-ə çatıb.

AzNews.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib.

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 7 nəfər artaraq 98-ə çatıb. Ümumilikdə 3255 pasiyent müalicə olunaraq sağalıb. 4377 xəstənin müalicəsi davam etdirilir, 53 678 insan isə koronavirus testindən keçib.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 13 iyuna qədər uzadılıb.