İranda bəzi universitetlər distant təhsilə keçib

İranda ABŞ ilə yaşanan gərginlik fonunda ölkə üzrə ciddi qeyri-müəyyənlik hökm sürür və bu vəziyyət ali təhsil müəssisələrinə də təsir edib.

İran mediasında yayılan məlumatlara görə, “Kharazmi University və Islamic Azad University” məsələ ilə bağlı açıqlama verib.

Açıqlamalarda bildirilib ki, tədris prosesi planlaşdırılmış təqvimə uyğun davam etdiriləcək və hər hansı fasilə yaranmayacaq.

Distant təhsilə keçildi

Qərarın İranda bəzi universitetlərdə hakimiyyət əleyhinə aksiyaların başlamasından sonra verilməsi diqqət çəkib.

İranda ali təhsildə ikinci semestrin başlanması ilə paytaxt Tehrandakı bəzi universitetlərdə fərqli baxışlı tələbə qrupları arasında toqquşmalar baş verib və bir neçə tələbə yaralanıb.

Mövsüm,

AzNews.az