Bunu əyalət başçısının nümayəndəsi Vahid Şahkar bildirib Bunu əyalət başçısının nümayəndəsi Vahid Şahkar bildirib

Əfqanıstanda "Taliban" 10 hərbçini öldürdü

Bunu əyalət başçısının nümayəndəsi Vahid Şahkar bildirib

Əfqanıstanın şimal-şərqində yerləşən Parvan əyalətində ordu ilə “Taliban” hərəkatı döyüşçüləri arasında baş verən atışma nəticəsində azı 7 hərbçi həlak olub.

AzNews.az “Tolo News”a istinadən xəbər verir ki, bunu əyalət başçısının nümayəndəsi Vahid Şahkar bildirib.

Onun sözlərinə görə, “Taliban” silahlılarının Parvan əyalətində Nəzarət-Buraxılış Məntəqəsinə hücumu nəticəsində 7 hərbçi ölüb, 1-i yaralanıb.

Təhlükəsizlik xidməti isə hücum nəticəsində azı 10 hərbçinin öldürüldüyünü açıqlayıb.

Xatırladaq ki, fevralın 29-da ABŞ-la “Taliban” hərəkatı nümayəndələri arasında Dohada imzalanmış sülh sazişinə görə ABŞ-ın Əfqanıstandakı hərbi qüvvələri 4,5 ay ərzində 12-13 min nəfərdən 8 600 nəfərədək azaldılmalıdır. Daha sonra isə konkret vəziyyətə görə 2021-ci ilin may ayına qədər ABŞ ordusu Əfqanıstandan tam çıxarılmalıdır.