Bu barədə Ağ Ev rəhbəri yazılı açıqlama verib Bu barədə Ağ Ev rəhbəri yazılı açıqlama verib

Tramp Çinə yeni sanksiya tətbiqinə dair qərar imzaladı

Bu barədə Ağ Ev rəhbəri yazılı açıqlama verib

ABŞ Prezidenti Donald Tramp Çinin Sinçzyan-Uyğur Muxtar Vilayətində uyğur türklərinə və digər müsəlman azlıqlarına qarşı zorakılığa görə məsuliyyət daşıyan bəzi çinli rəsmilərə sanksiya tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

AzNews.az xəbər verir ki, sanksiya çinli rəsmilərin Birləşmiş Ştatlardakı bütün aktivlərinin dondurulmasını və onlara viza qadağasının qoyulmasını nəzərdə tutur.

Qanun layihəsində ilk növbədə ABŞ Dövlət Departamentinin bu regionda insan hüquqlarının pozulmasına dair genişmiqyaslı hesabat hazırlaması təklif olunur.

Xatırladaq ki, 2019-cu ildə ABŞ Çinin uyğurları və müsəlman azlıqların digər nümayəndələrini sıxışdırmasına görə 28 şirkətə qarşı sanksiyalar tətbiq edib.

Çin sanksiyalara cavab olaraq “Sinçzyanda belə bir problemin olmadığını” bildirib.

Pərvanə