Bununla da yoluxanların ümumi sayı 22 139-a çatıb Bununla da yoluxanların ümumi sayı 22 139-a çatıb

İsraildə yoluxma halları yenidən artır

Bununla da yoluxanların ümumi sayı 22 139-a çatıb

İsraildə son günlər koronavirusa yoluxma hallarının artım tempində müşahidə olunan sürətlənmə ikinci dalğa narahatlığına səbəb olub.

AzNews.az “TRT Haber”ə istinadən xəbər verir ki, ölkədə son 24 saatda daha 437 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. Bununla da yoluxanların ümumi sayı 22 139-a çatıb.

Yeni yoluxma hallarının sayının artması ölkədə aktiv koronavirus xəstələrinin yenidən artmasına yol açıb. Keçən ay 2 mindən aşağı olan aktiv koronavirus xəstələrinin sayı hazırda 5 796-ya çatıb. Bu günə qədər xəstəlik səbəbindən 308 nəfər həyatını itirib, 15 961 pasiyent isə müalicə olunaraq sağalıb.

Qeyd edək ki, ötən ay İsraildə günlük yoluxma hallarının sayının 20-dən aşağı düşməsi səbəbindən ölkə rəhbərliyi bir sıra məhdudiyyətləri ləğv eləmişdi.