- Dünyanın halı
- 4 İyul 2020 14:11
- 2 670
Hindistanda koronavirusa yoluxmada yeni rekord qeydə alındı
Bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat verib
Hindistanda gün ərzində koronavirusa yoluxanların sayı 22 771 nəfər artaraq toplamda 648 315-ə çatıb.
AzNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat verib.
Xəstəliyə yoluxanların sayındakı gündəlik artım pandemiya dövründə qeydə alınan yeni rekord olub. Buna qədər iyunun 26-da 20 903 nəfərin yoluxması ən yüksək göstərici sayılırdı.
Məlumata görə, ölənlərin sayı son sutka ərzində 442 nəfər artaraq ümumilikdə 18 655 nəfərə çatıb. Ölkə xəstəxanalarında 235 433 nəfər müalicə olunur, 394 227 nəfər sağalıb.