107 nəfərin vəziyyəti ağırdır 107 nəfərin vəziyyəti ağırdır

Bu ölkədə virusa yoluxma rekord həddə çatdı

107 nəfərin vəziyyəti ağırdır

İsraildə son 24 saatda COVİD-19-a yoluxanların sayı 1320 nəfər artaraq 32 714-ə çatıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyi məlumat yayıb.

Açıqlamada xəstələrdən 107 nəfərinin vəziyyətinin ağır olduğu, 18267 nəfərinin vəziyyətinin isə yaxşılaşdığı deyilir.

Qeyd edək ki, bu, virusun ölkədə ilk dəfə aşkarlandığı 21 fevral tarixindən bəri qeydə alınan ən yüksək göstəricidir.

Səidə Vahid

AzNews.az