Bu barədə ölkə Prezidenti Nikolas Maduro qərar verib Bu barədə ölkə Prezidenti Nikolas Maduro qərar verib

Bu ölkədə fövqəladə vəziyyət daha bir ay uzadıldı

Bu barədə ölkə Prezidenti Nikolas Maduro qərar verib

Venesuelada koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş fövqəladə vəziyyət rejimi daha 1 ay müddətinə uzadılıb.

AzNews.az-ın məlumatına görə, bu barədə ölkə Prezidenti Nikolas Maduro qərar verib.

Bununla da ölkədə fövqəladə vəziyyət dördüncü dəfə uzadılıb. Venesuelada fövqəladə vəziyyət martın 13-də elan edilmişdi. Rejim azı avqustun 10-dək davam edəcək.

Ötən sutka ərzində Venesuelada 431 yeni yoluxma, 3 ölüm qeydə alınıb. Bu günədək yoluxanların sayı 8 803, ölənlərin sayı isə 83 nəfərə çatıb.