- Dünyanın halı
- 20 Avqust 2020 21:34
- 2 664
ABŞ Suriyanın hökumət üzvlərinə sanksiya tətbiq edib
Bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb
ABŞ hökuməti Suriyanın mövcud hakimiyyətinə təzyiq kampaniyası çərçivəsində ölkənin 6 vətəndaşlına qarşı sanksiya tətbiq edib.
AzNews.az xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.
Məhdudlaşdırıcı tədbirlər görüldüyü şəxslər arasında Suriya prezidenti Bəşər Əsədin müşaviri və mətbuat katibi Luna Şibl və onun həyat yoldaşı, iqtidardakı Bəəs Partiyasının Mərkəzi Komitəsinin nüfuzlu üzvlərindən Məhəmməd Əmmar Saati bin Məhəmməd Nəvzad da var.
Digərlərinin də Suriya münaqişəsinin siyasi həllinə qarşı əngəl törətdikləri bildirilir.