Vaksinin yaradılması pandemiyanın sonu demək deyil - ÜST

"Vaskinimiz mümkün olduğu qədər tez bir zamanda olacaq”

Yeni növ koronavirus əleyhinə vaksinin yaradılması pandemiyanın dərhal başa çatmasına gətirib çıxarmayacaq. AzNews.az “TASS”a istinadən bildirir ki, bunu cümə günü Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adan Qebreyesus deyib.

“Vaksin həyati önəmli bir vasitəyə çevriləcək və biz ümid edirik ki, vaskinimiz mümkün olduğu qədər tez bir zamanda olacaq”, - o deyib.

ÜST-nin başçısı belə peyvəndin meydana çıxacağına “zəmanət yoxdur” fikrini də səsləndirib. “Lakin biz vaksini alsaq belə, bu, özlüyündə pandemiyanın başa çatmasına gətirib çıxarmayacaq", - deyə baş direktor vurğulayıb.