Yoluxanların sayı 26 milyonu ötdü

Dünyada koronavirus

Dünyada koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 26 milyonu keçib.

bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Universitetin məlumatına görə, dünyada artıq 26 031 410 nəfərdə koronavirus aşkarlanıb. İndiyə kimi 863 028 nəfər COVID-19-dan ölüb, 17 291 874 nəfər sağalıb.

Ən çox yoluxma halı ABŞ (6 113 359), Braziliya (3 997 865) və Hindistanda (3 769 523) qeydə alınıb.

AzNews.az