Zelenski Belarus səfərini ləğv etdi

Bu barədə Belarusun Ukraynadakı səfirliyi öz feysbuk səhifəsində məlumat verib

Ukrayna Prezidenti Vladimir Zelenski Belarusa səfərini ləğv edib.

AzNews.az xəbər verir ki, bu barədə Belarusun Ukraynadakı səfirliyi öz feysbuk səhifəsində məlumat verib.

Diplomatik nümayəndəlik səfərin Ukrayna tərəfinin təşəbbüsü ilə ləğv edildiyini bildirib. Rəsmi Kiyev səfərin 2021-ci ilə təxirə salınmasını təklif edib.

“Ukrayna rəhbərliyi Belarus ilə münasibətləri dayandırdığından bölgələr, şəhərlər, kənd şuraları və iş yerləri ilə əlaqə qurmağa davam edəcəyik. Buna hazırıq. Ukrayna rəhbərliyinin belə bir qərarı hazırlıq işlərinin ləğv edilməsinə səbəb olub, bu isə iki ölkənin iqtisadiyyatına, bölgələr və sadə insanlar arasındakı əlaqələrə zərər vuracaq”, - deyə səfirliyin açıqlamasında qeyd olunub.

Xatırladaq ki, 16 sentyabrda Ukrayna Belarusdakı siyasi böhranla bağlı bitərəfliyini elan edib. Bundan əvvəl isə Zelenski Lukaşenkoya təkrar prezident seçkiləri keçirməyi tövsiyə edib.