- Dünyanın halı
- 26 Noyabr 2020 19:23
- 2 531
İraq XİN-dən İsrail açıqlaması
Bu məsələni İraq xalqı da dəstəkləyir
“İsrail ilə normallaşma istəyi bizə təqdim edilmədi. Fələstin məsələsi yalnız İraqın xarici deyil, daxili siyasətinin də bir hissəsidir”.
AzNews.az xəbər verir ki, bu sözləri İraqın xarici işlər naziri Fuad Hüseyn Rusiya səfəri zamanı keçirdiyi mətbuat konfransında deyib.
O, ərəb ölkələrinin İsraillə münasibətlərinin normallaşdırılma prosesindən danışıb. F. Hüseyn Fələstinin yanında olduqlarını vurğulayıb.
“Bu məsələni İraq xalqı da dəstəkləyir”, - deyə XİN rəhbəri vurğulayıb.