Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Pompeonun iddiasına sərt reaksiya verib Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Pompeonun iddiasına sərt reaksiya verib

Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı

Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Pompeonun iddiasına sərt reaksiya verib

NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən bugünkü telekonfransında ABŞ-ın dövlət katibi Mayk Pompeo bölgədəki vəziyyətlə bağlı müzakirələrdə Türkiyəyə qarşı ittihamlar səsləndirib.

AzNews.az türk mediasına istinadən xəbər verir ki, Pompeo Ankaranı Aralıq dənizindəki müttəfiqləri ilə gərginliyi artırmaqda və Rusiyadan havadan müdafiə sistemi almaqda günahlandırıb.

Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Pompeonun iddiasına sərt reaksiya verib.

"Avropalı müttəfiqlərə zəng edib Türkiyə əleyhinə cəbhə yaradırsınız. Regional münaqişələrdə kor-koranə Yunanıstanın tərəfini tutursunuz və Türkiyəyə hava hücumundan müdafiə sistemlərini satmaqdan imtina edirsiniz. Üstəlik, Suriyadakı terrorist qruplaşmaları dəstəkləyirsiniz", - deyə Çavuşoğlu ölkəsinin Rusiyadan S-400 hava sistemlərini almasının səbəbini izah edib.