Bunu Robert Köçəryan ölkənin “5-ci kanal”ına müsahibəsində deyib Bunu Robert Köçəryan ölkənin “5-ci kanal”ına müsahibəsində deyib

“Ermənistan hökuməti müharibənin qaçılmaz olması üçün əlindən gələni etdi” - Köçəryan

Bunu Robert Köçəryan ölkənin “5-ci kanal”ına müsahibəsində deyib

Ermənistan rəhbərliyi ehtiyatsız hərəkətləri və bəyanatları ilə Qarabağda müharibəni yaxınlaşdırmaq üçün əlindən gələni etdi. AzNews.az bildirir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan ölkənin “5-ci kanal”ına müsahibəsində deyib.

“Əminəm ki, hakimiyyət müharibəni qaçılmaz etmək üçün hər şeyi etdi. Birincisi, danışıqlar prosesi dalana dirənmişdi və düşünülmüş şəkildə işə salınmışdı. Biz bir-birini qarşılıqlı istisna edən bəyanatlarımızla həmsədrlərin Ermənistan tərəfinin nə istədiyini bilmədiyi vəziyyəti ortaya atdıq. Elə təəssürat yaranmışdı ki, Ermənistan hər şeyi dalana dirənmək üçün edir. Müharibə də elə bir vaxt başladı ki, heç kim danışıqların Ermənistan tərəfindən pozulmasına şübhə etmirdi”, - deyə Köçəryan qeyd edib.

Onun sözlərinə görə, bütün bu səhvlərin səbəbkarı baş nazir Nikol Paşinyandır. O hesab edir ki, hər şey erməni tərəfinin iyul ayında Tavuşda sərhədyanı münaqişə yaratması ilə başlayıb. Nəzərə alsaq ki, bundan bir ay əvvəl Baş Qərargah rəisi Ermənistanın müharibəyə hazır olmaması haqqında məruzə etmişdi, bu, qaçılmaz səhv idi.

Köçəryan sabiq müdafiə naziri David Tonoyanın “yeni ərazilər uğrunda yeni müharibə” haqda bəyanatını da tənqid edib. “Əslində, biz nazirin dili ilə Azərbaycana qarşı elə hədə səsləndirdik ki, bu təhlükənin aradan qaldırılmasının ən qısa yolu Türkiyənin bilavasitə Bakının tərəfində müharibəyə cəlb edilməsi idi”, - o deyib.

Köçəryan hesab edir ki, rəhbərliyin düşmən dronları üçün Qarabağ səmasını bağlaya bilməməsi də səhv idi. Dövlət məmurlarına mükafat kimi verilən 120 milyon dollara bir neçə müasir müdafiə vasitələri almaq olardı.

Koçaryan ümumilikdə əmindir ki, Ermənistanın müharibəni uduzmamaq imkanı var idi.