Sarkisyan Paşinyanı vətənə xəyanətdə, Qarabağı təhvil verməkdə suçlayıb Sarkisyan Paşinyanı vətənə xəyanətdə, Qarabağı təhvil verməkdə suçlayıb

Sarkisyan Paşinyanı xain adlandırdı

Sarkisyan Paşinyanı vətənə xəyanətdə, Qarabağı təhvil verməkdə suçlayıb

Ermənistanın sabiq - üçüncü prezidenti Serj Sarkisyan hazırkı hökumət başçısı Nikol Paşinyanı qorxaq və xain adlandırıb.

AzNews.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Serj Sarkisyan Paşinyana “alnınızda xain damğası olan qorxaq bir lidersiniz” deyib.

"Kim Qarabağ problemi ilə bağlı danışıqlar prosesi haqqında bir şey söyləsə də, sən susmalısan, Nikol Paşinyan!”, - Serj Sarkisyan əlavə edib.

Sarkisyan Paşinyanı vətənə xəyanətdə, Qarabağı təhvil verməkdə suçlayıb.

Azərbaycan Prezidentinin Ermənistan baş nazirini dəfələrlə efirdən aşağıladığını xatırladan Serj Sarkisyan “sizi ən dəhşətli alçaltmalara məruz qoydu, sizə güldü və lağ etdi, bir söz belə demədiniz” söyləyib.

Keçmiş prezidentin sözlərinə görə, bu, dünyanın hər bir yerindəki erməni üçün böyük bir ayıb və təhqir idi, amma Paşinyan üçün yox.

Sarkisyan baş naziri yalnız siyasi rəqiblərinə hücum etməyə və erməni xalqının düşməni qarşısında diz çökməyə hazır olmaqda günahlandırıb.

Keçmiş prezident baş nazirin qorxaqlara xas manipulyasiya hiylələri ilə həyasızcasına yalan danışdığını, biabırçı məğlubiyyətini ört-basdır etməyə çalışdığını vurğulayıb.

Sarkisyan deyib ki, Ermənistanın bütün keçmiş hakimiyyətləri torpaqları qazanan iqtidar olaraq tarixə düşəcək, hazırkı hökumət isə müharibədə ləyaqətsiz şəkildə məğlub olan hakimiyyət kimi yadda qalacaq.