Azı 23 nəfər polis tərəfindən saxlanılıb Azı 23 nəfər polis tərəfindən saxlanılıb

ABŞ-da aksiyalar zamanı atışma olub, xəsarət alanlar var

Azı 23 nəfər polis tərəfindən saxlanılıb

Vaşinqtonda Donald Trampın tərəfdarları ilə əleyhdarları aksiya keçirib.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Evin yaxınlığında keçirilmiş aksiyalar zamanı toqquşmalar olub. Azı 23 nəfər polis tərəfindən saxlanılıb.

Bundan əlavə, Vaşinqton ştatının Olimpiya şəhərində silahlı qruplar arasında atışma olub. Nəticədə 2 nəfər yaralanıb. yaralıların vəziyyəti barədə hər hansı məlumat verilmir. Bir nəfər şübhəli şəxs saxlanılıb.

Qeyd edək ki, Trampın tərəfdarları prezident seçkilərinin nəticələrinə etiraz edirlər. Onlar nəticələrin Co Bayden tərəfindən saxtalaşdırıldığını iddia edirlər.