2019-cu ildə bütün dünyada 5 327 miqrant həlak olub 2019-cu ildə bütün dünyada 5 327 miqrant həlak olub

Bu il bütün dünyada 3 mindən çox miqrant həlak olub

2019-cu ildə bütün dünyada 5 327 miqrant həlak olub

Yeni növ koronavirus infeksiyası (COVID-19) ilə bağlı məhdudiyyətlərə baxmayaraq, ilin əvvəlindən bütün dünyada 3 174 miqrant həlak olub.

AzNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin Cenevrədəki ofisində keçirilən mətbuat konfransında Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) rəsmi nümayəndəsi Pol Dillon bildirib.

Onun sözlərinə görə, bu rəqəm faciəvi hadisələrin yalnız bir hissəsini, xüsusilə də dənizlərdəkini əks etdirir.

Dillon bildirib ki, 2019-cu ildə bütün dünyada 5 327 miqrant həlak olub.

BMqT-nin rəsmi nümayəndəsi qeyd edib ki, təkcə 2018-ci ildə İspaniyanın Kanar adalarına gedən marşrutda 45, 2019-cu ildə 210, cari ilin əvvəlindən isə 593 qeyri-leqal miqrant həlak olub.