Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər

İsrail əhalisinin 21,5 faizi peyvənd olunub

Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər

İsraildə ötən sutka ərzində koronavirusa (COVİD-19) 6 845 yoluxma halı qeydə alınıb.

AzNews.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 535 049 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan 50 nəfər ölüb, 7 183 nəfər isə sağalıb. Hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 3 910, sağalanların sayı isə 453 358 nəfər təşkil edir.

Nazirlikdən qeyd ediblər ki, İsraildə 2 milyondan artıq insan - əhalinin təxminən 21,5 faizi koronavirusa qarşı vaksinasiya olunub.

Xatırladaq ki, İsraildə COVİD-19 əleyhinə ilk peyvənd Baş nazir B.Netanyahuya vurulub.